29 aprel 2014 13:00
Ramal Hüseynova 4 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra 1-ci divizionun 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərar çıxarılıb:
"Şahdağ" - "Qaradağ Lökbatan" matçının 69-cu dəqiqəsində "Qaradağ Lökbatan"ın futbolçusu Ramal Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
"Kəpəz" - "Şəmkir" matçının 43-cü dəqiqəsində Kəpəzin futbolçusu Xəyal Zeynalovla "Şəmkir"in futbolçusu Ramil Sadiqov biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalanıblar, klubları 200 manat cərimə olunub.
"Bakılı" - "Neftçala" oyununun 82-ci dəqiqəsində "Bakılı"nın futbolçusu Samir Mustafayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Göyəzən" - "Mil-Muğan" oyununun 49-cu dəqiqəsində "Mil-Muğan"ın futbolçusu Şöhrət Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

(PFL)