29 aprel 2014 12:40
AFFA-dan Georgi Çixradzeyə diskvalifikasiya
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Topaz Premyer Liqasının 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərar çıxarılıb:
"Qəbələ" - "Simurq" matçının 83-cü dəqiqəsində "Simurq"un baş məşqçisi Georgi Çixradze texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
"Qarabağ" - "Neftçi" matçında "Neftçi" və "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunub.

(PFL)