29 aprel 2014 11:44
İsrafilov oynadı, komandası xal itirdi
Futbol üzrə İspaniya Sequnda Liqasında 36-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Real Mursiya" doğma meydanda "Alkokron"la qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Eddi start heyətdə meydana çıxıb, 90 dəqiqə mübarizə aparıb və 65-ci dəqiqədə sarı vərəqə alıb.
