29 aprel 2014 11:33

Əfran İsmayılov: Nə Neftçiyə, nə də Qəbələyə keçməyə hazırlaşmıram

“Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində komandasının TPL-in 32-ci turu çərçivəsində “Sumqayıt”la heç-heçəsindən (1:1), kollektivin oyunundan və avrokuboklara düşmək cəhdindən danışıb:

- Heç-heçə sizin üçün xoşagəlməz alındı, elə deyilmi?
- “Kimyaçılar”ın yarış cədvəlinin autsayderlərindən biri olmasına rəğmən, bu, hər oyunda uğura nail olmağa can atan çox yaxşı komandadır. “Sumqayıt”ın gənc futbolçuları həmişə ürəkdən oynayırlar. Bəli, biz bu oyunda qalib gəlmək istəyirdik. Xüsusilə, ötən itkilərdən sonra. Ancaq heç nədən qol buraxdıq. Oyunun böyük hissəsində üstünlük tərəfimizdə olmasına rəğmən, bundan yararlana bilmədik.

- Heç-heçə “Bakı”nı beşinci pilləyə saldı...
- Bəli. Ancaq hər şey hələ qarşıdadır. Biz ikinci yer uğrunda hələ də mübarizə apara bilərik.

- Son turlardakı rəqibləri nəzərə alsaq, bunu real hesab edirsiniz?
- Heç nəyə baxmayaraq, heç bir şey hələ itirilməyib. Biz meydana qələbə üçün çıxmalıyıq və bütün oyunçularımız bunu başa düşürlər. Beləliklə, “Qarabağ”a qarşı oyuna biz yalnız uğurlu nəticə üçün çıxacağıq.

- “Qarabağ”dan söz düşmüşkən, “Neftçi” ilə son heç-heçədən sonra ağdamlılar yəqin ki, sizə qalib gəlmək istəyəcəklər.
- Görünür, “atçılar”a qarşı çox çətin olacaq. Biz öz üç xalımızı əldə etməyə çalışacağıq. “Qarabağ” üçün qalib gəlməyin nə dərəcədə vacib olduğunu bilirik. Ancaq bizə də qələbə çox lazımdır. Hər şeyi oyun göstərəcək. Rəqibin yaxşı təşkil edilmiş komandası, yaxşı məşqçisi, var və onlar yarış cədvəlinin lideridir. Bilirik ki, “Qarabağ” indi çempionluğa ən real namizəddir. Ancaq bunlara rəğmən, biz onlar üzərində qələbəyə can atacağıq.

- İndi “Bakı” üçün nə daha vacibdir - avrokuboklara düşmək və ya Premyer Liqanın “gümüşünü” qazanmaq?
- İndi əsas, avrokuboklara düşməkdir. Əgər düşməsək, bundan faciə düzəltməyəcəyik. Biz komandanın yenilənməsi və təşkilinə yalnız bu mövsümün əvvəlində başlamışıq. Əlbəttə, avrozonaya düşsək, əla olacaq. Ancaq düşməmək, uöursuzluq hesab edilməyəcək.

- Rauf Əliyevin yoxluğunda “Bakı”nın hücumunun sivri ucunda Marius Penanın yer almasına rəğmən, görünür ki, “yaradıb-vurmaq” nöqteyi-nəzərindən əsas tapşırıq orta xətt oyunçularının üzərinə düşür ki, siz də bunun öhdəsindən gələ bilmirsiniz.
- Həqiqətən, hücumçunun yoxluğu çox təsir göstərir. Bəli, hücumum tamamlanmasında da bəzi çətinliklər var. Ancaq həmçinin, unutmayaq ki, indi yarımmüdafiənin payına əlavə yüklər düşür. Futbolda hər şey olur.

- Avrokuboklara düşəcəyiniz təqdirdə, indiki heyətin uğurla çıxış edə biləcəyini hesab edirsiniz?
- Düşünürəm ki, dəyişiklər olacaq. Bu, sadəcə, mütləq təzahürdür. Bizə hücumçu almaq, müdafiəni gücləndirmək lazımdır. Üzərində işləməli olduğumuz məqamlar var. Ancaq avrokuboklara hələ düşmək lazımdır.

- Deyirlər ki, sizinlə “Neftçi” və “Qəbələ” maraqlanır və siz yayda bu komandalardan birinə keçə bilərsiniz...
- Bütün bunlar şayiələr, boş söz-söhbətlərdir. Bilmirəm haradan qaynaqlanır. “Bakı” ilə müqaviləm var və mən bunu icra etmək niyyətindəyəm.

- Bəs digər klublardan təkliflərə gəlincə, belə klublar var?
- Hətta təkliflər olsa belə, mən bunlar haqda hələ düşünməzdim. Həmçinin, mənim hazırkı müqaviləm hələ bir il qüvvədədir. Belə ki, bütün bunlar sadəcə, təxəyyüldür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.