29 aprel 2014 11:22
Neftçi və XL-in müraciətləri rədd edildi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclas keçirilib. İclasda “Neftçi” PFK ("Neftçi" - "Rəvan" oyunundan sonra təhlükəsizliyin təmin olunmaması məsələsi) və “Xəzər Lənkəran” FK ("Qəbələ" - "Xəzər Lənkəran" matçında qonaq azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb. Azerisport.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Neftçi ” PFK barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın;
2. “Xəzər Lənkəran” FK barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
(AFFA)
