29 aprel 2014 11:11
İsmayıllıda 3x3 Qızlar turniri keçiriləcək
Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA UNICEF Azerbaijan və AccessBank-la birgə mayın 4-də, saat 9:30-da, İsmayıllı Olimpiya İdman Kompleksində qızlar arasında 3 yaş qrupu üzrə "3x3 Qızlar turniri" keçirəcək. Azerisport.az xəbər verir ki, turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdır.
Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmalıdır.
(AFFA)
