29 aprel 2014 19:19
Erat üçün mövsüm bitdi
Millimizin və Almaniyanın “Fortuna” komandasının (Düsseldorf) yarımmüdafiəçisi Tuğrul Erat zədəsinin yeniləyib. Azerisport.az xəbər verir ki, bu haqda baş məşqçi köməkçisi Oliver Rek klub saytına məlumat verib.
Onun sözlərinə görə Erat ayaq əzələsini yenidən dartıb və bu səbəbdən komandasının “Ertsgebirge Aue”yə qarşı son oyununu (4:0) buraxmalı olub. Futbolçu həmçinin, Almaniya İkinci Bundesliqasının son iki oyununu da buraxacaq ki, bu da, mövsümün sonu anlamına gəlir.
Xatırladaq ki, 22 yaşlı futbolçumuz 28-ci turda “İnqolştadt”la oyunun (0:0) 18-ci dəqiqəsində topa tərəf uğursuz dartınaraq zədələnmişdi.
