29 aprel 2014 18:33
AZAL-ın hücumçusu yoldaşlıq oyununa çağırılıb
Mayın 4-də Düşənbədə Tacikistan və Əfqanıstan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az Tacikistan futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Tacikistan yığmasının baş məşqçisi Muhsin Mühəmmədiyev bu oyuna 23 futbolçunu dəvət edib.
Bu heyətdə yalnız bir legioner var - AZAL-ın hücumçusu Axtam Xamrokulov.
“Qəbələ”nin müdafiəçisi Davronjon Erqaşev isə yığmasına kömək edə bilməyəcək. Belə ki, onun komandası mayın 2-də “Neftçi”yə qarşı vacib oyuna çıxacaq.
Qeyd edək ki, Xamrokulov klubunun son bir neçə oyununu buraxmalı olmuşdu. Son dəfə Axtam AZAL-ın heyətində aprelin 5-i “Qarabağ”a qarşı keçirilmiş oyunda (0:2) meydana çıxıb.
