29 aprel 2014 17:55
Mustafa Dənizli Xəzər Lənkərandan gedir?!
Dünən “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov komandanın baş məşqçisi Mustafa Dənizli ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə müzakirə mövzusu komandanı düşdüyü vəziyyətdən çıxarmaq olub.
Həmçinin, komandanını növbəti mövsümə planı müzakirə edilib.
Görüşdə Mustafa Dənizli komandanı tərk etmək istəyini yenidən səsləndirib və buna belində olan problemləri əsas gətirib.
Oxşar belə hal fevralın sonunda yaşanmışdı. Klub rəhbərliyi Dənizlinin gedişində maraqlı deyil. Belə ki, adlı-sanlı mütəxəssisin dəvət edilməsinə böyük vəsait sərf edilib.
Görüşdən sonra Dənizli belini müalicə etdirmək üçün Türkiyəyə yollanıb.
Xatırladaq, Dənizlinin “gəmiqayıranlar”la müqaviləsi 2015-ci ilin sonunda başa çatacaq.
