29 aprel 2014 15:22

Böyükağa Hacıyev: Kubokun finalında Qəbələyə məğlub olsaq, bununla barışa bilmərəm

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində “Qəbələ” ilə oyundan, komandasının ölkə Kubokunun finalına hazırlığından danışıb:

- “Neftçi”nin çempionatda “Qəbələ” ilə matçı sizin üçün nə qədər vacibdir?
- Komandamızın qızıl medal qazanmağa iddiası qalmayıb. Bununla belə, mənim üçün “Qəbələ” ilə oyun da çox vacibdir. Kubokun finalı ərəfəsində bu, “Neftçi”nin əsas məşqi olacaq. Yuriy Syomin məni və “Neftçi”ni gözəl tanıyır. Mən də onu və komandasını yaxşı tanıyıram. Amma rəqibə bütün kartları açmaq istəmirəm. “Qəbələ”nin yaxşı icraçıları var. Ona görə matç çətin olacaq.

- Seçim imkanınız olsa, “Qəbələ” üzərində çempionatda yoxsa Kubokunda finalında qələbə istəyərdiniz?
- Əlbəttə, kubokun finalı daha vacibdir. Çempionatda əsas mübarizə “Qarabağ”la “İnter” arasında gedir. Lakin “Neftçi” hər iki oyunda “Qəbələ”ni məğlub etməlidir. Başqa nəticə məni sevindirməyəcək.

- Ölkə Kubokunun finalında mümkün uğursuzluq, Böyükağa Hacıyevə necə təsir edəcək?
- “Neftçi” Azərbaycan futbolunun şanlı tarixidir. Bu komanda ilə çox uğurlarımız olub. Adi çempionat matçında məğlubiyyət mənə böyük zərbə olur. Kubokun finalında uğursuzluq olsa, barışa bilməyəcəyəm. Futbolçularıma güvənirəm. İnanıram ki, onlar mənim kolleksiyama daha bir kuboku əlavə edəcək.

- “Qarabağ”ı çempion kimi təbrik etmək olar?
- “İnter”lə lider arasında xal fərqi 8-dir. Qarşıda “İnter”lə “Qarabağ”ın bir oyunu qalır. Fərq azala bilər. Amma “Qarabağ”ın bu şansı qaçıracağı möcüzə olacaq. Qurban Qurbanovun komandası çempion olacaq. Buna şübhəm yoxdur. Onlara avrokuboklarda uğurlar arzu edirəm.

- Sizcə bu heyətlə “Qarabağ” hansı nəticəni göstərə bilər?
- “Qarabağ” tarixinin ən yaxşı mövsümlərindən birini keçirir. İndi olmasa, nə vaxt? Əgər bu heyətlə Avropa Liqasının qrup mərhələsinə qalmayacaqlarsa, bəs nə vaxt uğur qazanacaqlar? Bu heyətlə və oyunla Avropada uğur qazanmaq mümkündür.

- Mövsümün sonu komandadan gedəcəyinizi demişdiniz. İndi necə olacaq?
- Mövsüm başa çatandan sonra klub prezidenti Sadıq Sadıqovla söhbətimiz olacaq. Klub prezidentinin yeni mövsüm üçün planlarını bilmək vacibdir. Sonra gələcək barədə danışıq qərar veriləcək. İndidən nə isə söyləmək, düzgün deyil. 

- Sadıq Sadıqov deyib ki, “Neftçi”də gəncləşdirmə olacaq...
- Yeni mövsümlə bağlı heç nə müzakirə olunmayıb. Sözsüz ki, klub prezidenti hansı qərarı qəbul etsə biz onu icra edəcəyik. “Neftçi”ni indi Azərbaycan Kubokunun finalı düşündürür. Bundan sonra gələcək üçün planları açıqlamaq olar. Gəlin, tələsməyək. Ardıcıl üçüncü mövsüm “Neftçi” finaldadır. Bir dəfə Bakıya məğlub olduq, bir dəfə “Xəzər Lənkəran”a qalib gəldik. İndi “Qəbələ” üzərində qələbə arzulayırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.