29 aprel 2014 14:00

Süleymanov: XL azarkeşi ilə görüşdən sonra Neftçini tərk edə bilməzdim

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına müsahibəsində klub rəhbərliyinin onu mövsümün sonuna qədər vəzifəsində saxlamaq qərarına münasibətini açıqlayıb:
“Mən istefa xahişini kluba edilən təzyiqlərə görə vermişdim. İstəmirdim ki, mənə görə komanda bu mövsümdə əziyyət çəksin. Təzyiqlər bu gün də davam edir. “Qarabağ”a qarşı oyunda Reynaldo Ramosu dirsəyi ilə açıq-aşkar vurdu. Ancaq buna rəğmən, meydandan qovulmadı.
Bu ərizədən sonra məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bir amili qeyd edim: “Rəvan”la Kubok oyunu ərəfəsində həmrəylik əlaməti olaraq, Sadıq Sadıqov oyuna getmədi. Biz bu oyuna klubun bazasında baxdıq. Klub azarkeşlərinə, xüsusilə, “Sector 11” fan-qrupuna və futbol ictimaiyyətinə təşəkkür edirəm. Məni hətta “Xəzər Lənkəran”ın köhnə azarkeşlərindən biri də dəstəklədi və görüşmək istəyini bildirdi. Biz klubun bazasında görüşdük. O, dəstəyini bildirdi və müqəddəs Quran hədiyyə etdi. Bütün bunlardan sonra mən etiraz edə bilməzdim və ölkə Kubokunun final oyununun sonuna qədər klubda qalıram. Sonra isə biz mənim klubdakı gələcəyimi müəyyən edəcəyik. Məsələ 20 min manatda deyil (“Neftçi”nin cərimə məbləği - red.), bu, klubu təzyiqlərdən azad etmək istəyidir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.