28 aprel 2014 00:01
Mirhüseyn Seyidovla qanun keşikçiləri arasında mübahisə baş verib
TPL-in 32-ci turu çərçivəsində keçirilmiş “Qarabağ” - “Neftçi” oyunundan (1:1) sonra paltardəyişmə otağı qarşısında kiçik mübahisə yaşanıb. Azerisport.az xəbər verir ki, polislər “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidova komandasının paltardəyişmə otağına daxil olmağa icazə verməyiblər.
Polis bu addımına futbolçunun oyunun iştirak ərizəsində olmadığını əsas gətirib.
