28 aprel 2014 11:55

Qarabağ 900-ə çatdı

“Qarabağ” Azərbaycan çempionatları tarixində 900-cü qolunu vurub. Azerisport.az xəbər verir ki, 1992-ci ildən keçirilmiş milli çempionatların daimi iştirakçısı olan Ağdam təmsilçisi yubiley qolunu Topaz Premyer Liqasının XXXII turunun “Neftçi” ilə oyununda vurub.
Bu topun müəllifi komandasına 1 xal qazandıran qolu vuran Murem Muarem olub.
800-cü qolunu ötən mövsümün əvvəlində vuran “Qarabağ”a növbəti yubileyinə çatmaq üçün 20 ay lazım olub. Ağdamlılar çempionatdakı qol sayında yalnız “Neftçi”dən (1135 qol) geri qalır.
Əyalət təmsilçisi 540 qolu evdə, 345-ni səfərdə, 15-ni netral meydanlarda vurub. İndiyədək 621 matç keçirən və bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ” 900-ə nəticəsi rəsmiləşən 600-cü matçında imza atıb. Bununla da komandanın orta məhsuldarlığı 1,50-yə bərabər olub.
“Qarabağ”ın çempionatdakı tarixi qolları:
N
Oyunçu
Rəqib
Yer
Dəq.
Mövsüm
Tarix
1
Mehman Alışanov
İnşaatçı(Sabitabad)
e
4
1992
03.05.1992
100
Səttar Əliyev
Xəzər (Sumqayıt)
e
68
1993/94
30.09.1993
200
Müşfiq Hüseynov
Kür-Nur (Mingəçevir)
e
-
1995/96
01.10.1995
300
Bəxtiyar Musayev
Neftçi (Bakı)
e
64
1997/98
22.11.1997
400
Elmir Xankişiyev
Şəfa (Bakı)
s
13
1999/2000
03.04.2000
500
Eldəniz Məmmədov
Şahdağ-Samur (Qusar)
s
89
2003/04
13.09.2003
600
Vasif Haqverdiyev
MOİK (Bakı)
e
14
2005/06
29.04.2006
700
Rəşad Sadiqov
Qəbələ (Qəbələ)
s
78
2009/10
06.12.2009
800
Rəşad Sadıqov
Sumqayıt (Sumqayıt)
s
21
2012/13
19.08.2012
900
Muarem Muarem
Neftçi (Bakı)
e
51
2013/14
27.04.2014

1995/96 mövsümündə vurulmuş qolların dəqiqələri protokollarda qeyd olunmayıb.
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.