28 aprel 2014 11:44
U-16 millimiz qələbə qazanıb
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, SV "Wehen Wiesbaden" klubunun U-17 komandası ilə qarşılaşan yığmamız Nadir Qasımov və Renat Dadaşovun vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.
(AFFA)
