28 aprel 2014 11:22

Rəşad Sadıqov: Bizi vaxtından əvvəl çempionluq münasibəti ilə təbrik edənləri məzəmmət edirəm

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində komandasının TPL-in 32-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdiyi oyun (1:1) və çempionluq qovğası haqda danışıb:
- Oyun haqda nə deyə bilərsiniz?
- İki müxtəlif hissə oynadıq. İlk hissədə qonaqlar, ikinci hissədə biz daha yaxşı oynayırdıq. Düşünürəm ki, heç-heçə tamamilə ədalətli nəticədir.
- Görüş bir qədər darıxdırıcı alındı...
- Ötən oyunlarla müqayisədə oyun darıxdırıcı alındı. Oyunun ahəngi aşığı idi.
- Ötən tur “Simurq”a məğlub oldunuz. Sonra isə “Neftçi” ilə oyunda xal itirdiniz. Komanda ilə nə baş verir?
- Siz baxın, biz kimlərlə oynamışıq. Ciddi rəqiblərdir, onları asanlıqla məğlub etmək olmaz. Növbəti turlarda da xal itirməyəcəyimizə də təminat yoxdur. Mnə buna normal yanaşıram. İzləyicilərlə xal fərqimiz azalıb. İndi, növbəti oyunlara ciddi hazırlaşmaq lazımdır.
- Sizi demək olar ki, hamı çempionluq münasibəti ilə təbrik etməyə macal tapıb. “Qarabağ” isə xallar itirməyə davam edir...
- Bu, bizə münasibətdə düzgün deyil. Biz “İnter”lə çempionluq uğrunda mübarizəni davam etdiririk. Bizi onlarla şəxsi qarşılaşma gözləyir. Bu komandanın oyunçusu isə bizi çempionluq münasibəti ilə təbrik edir. Bu, ən azı etik deyil. Ümumiyyətlə, hansı çempionluqdan söhbət gedir?
- Müvafiq söz-söhbət komandanı arxayınlaşdırır?
- Əgər bütün rəqiblərimiz bizi təbrik edirsə, başqa necə ola bilər? Ancaq hər şeydən çox bu, əsəbiləşməyə sövq edir. Btün bunların nəyə lazım olduğunu anlamıram. Dünyanın heç bir ölkəsində belə şey yoxdur.
- Belə halda, bu təbrikləri nə ilə əlaqələndirirsiniz?
- Onların hansı məqsədləri güddüyünü başa düşmürəm. Biz hələ indiyə qədər heç kimi vaxtından əvvəl çempionluq münasibəti ilə təbrik etməmişik. Ümumiyyətlə, belə hal Azərbaycan çempionatlarında hələ olmayıb.
- Bəlkə hamı “Qarabağ”ın uğuruna əmin idi?"?
- Gördüyünüz kimi, mövsümün sonuna dörd tur qalmış biz “İnter”i səkkiz xal qabaqlayırıq və bizi onlarla hələ şəxsi görüş gözləyir. Mən bizi vaxtından əvvəl çempionluq münasibəti ilə təbrik edənləri məzəmmət edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.