28 aprel 2014 19:00
Əli Gökdəmirin komandası Qalatasaraya uduzdu
Futbol üzrə Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin komandası "Elazığspor" doğma meydanda "Qalatasaray"la qarşılaşıb.
Futbolçumuzun komandası 0:1 hesablı məğlubiyyətlə üzləşib. Gökdəmir zədə səbəbindən bu oyunda iştirak etməyib.
Hazırda "Elazığspor" 31 xalla 16-cı yerdə gedir.
