28 aprel 2014 17:44
Azərbaycan çempionunun daha iki rəqibi müəyyənləşib
Növbəti mövsümdə Andorra və Maltanı ÇL-də təmsil edəcək komandaları müəyyənləşib. Azerisport.az xəbər verir ki, Andorra çempionu adını “Santa-Koloma”, Malta çempionu titulunu isə “Valletta” komandası qazanıb və növbəti mövsümdə hər iki komanda ÇL-də ölkəsinin şərəfini qoruyacaq.
“Santa-Koloma” ÇL-in birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. “Valletta” isə ikinci təsnifat mərhələsindən yarışa qatılacaq.
Hansı komanda olmasından asılı olmayaraq (Azərbaycan çempionluğuna üç komandanın nəzəri şansı var: “Qarabağ”, “İnter” və “Neftçi”), ölkə çempionumuz ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq və səpənmiş komandalar arasında yer alacaq.
Hazırda birinci və ikinci təsnifat mərhələləri də daxil olmaqla, 42 iştirakçıdan 19-u məlumdur.
