28 aprel 2014 17:11

Nedo Turkoviç: Azərbaycanda və Qazaxıstanda futbol eyni olsa da, burada nəticəyə görə daha çox haqq verilir

AZAL-ın hücumçusu Nedo Turkoviç Qazaxıstan mətbuatına müsahibə verib və ölkəmizdəki peşəkar fəaliyyəti, şəxsi baxışları haqda məqamları bölüşüb. Azerisport.az müsahibəni diqqətinizə çatdırır:
-  Yeni komandanda işlərin haqda danışardın...  
-  Dörd qol vurub bir neçə qol ötürməsi etmişəm. Burada çempionat yaxşıdır. Bakı isə gözəl şəhərdir. Komandam qarşıdakı mövsümdən ilk dördlük uğrunda mübarizəyə cəhd edəcək. Komandamla müqaviləm hələ iki il qüvvədə olacaq. Görək, gələcək nə göstərəcək.

- Azərbaycandan gözlədiyin bunlar idi? Orada qol vurmaq, deyəsən, daha asandır...
- Xeyr, burada qol vurmaq elə də asan deyil. Sadəcə, Qazaxıstanla müqayisədə, Azərbaycan çempionatına tez uyğunlaşdım. İndi hər iki ölkə futboluna öyrəşmişəm. Qazaxıstana qayıtmağı çox istərdim. Bunu bacaracağıma inanıram.

- Azərbaycana uyğunlaşdığın müddətdə başına gəlmiş ən maraqlı məqamları bölüşərdin...
- Bakıda Serbiya, Bosniya və Xorvatiyadan çoxlu oyunçu var. Hamımız bir yerdə vaxt keçiririk və mən özümü evdəki kimi hiss edirəm. Ancaq mən yarım il “Akjayik”da oynamışam və qabaqcadan, bu ölkələrdə necə oynamaq təcrübəm vardı.

- Nedo, Qazaxıstan futbolu haqda nə fikridəsən? Sənin üçün bizdə necə idi?
- Düşünürəm ki, Qazaxıstan futbolu inkişafdadır və ildən-ilə daha da yaxşı olur. Əslində, düşünürəm ki, ölkəniz də o cümlədən, daha yaxşı olur.

- Azərbaycan və Qazaxıstan futbolunun əsas fərqləri hansılardır?
- Təyyarədə uçuşlar (gülür!). Burada komandalar bir-birinə yaxın yerləşib. Futbol fərqlənirmi? Hmmm... Düşünürəm ki, futbol eynidir. Ancaq burada nəticəyə görə daha çox haqq verilir
- Özünü Uralskda necə hiss edirdin? Nə üçün Azərbaycanda daha tez-tez qol vurmağa başladın?
- Mənim Uralsk komandasına keçidim sürətli oldu və “Akjayık”da artıq iki məşqdən sonra oynamağa başladım. Mən komanda ilə birgə hazırlıq keçməmişdim. Burada isə komanda ilə birgə kifayət qədər hazırlıqdan sonra qol vurmağa başladım.

- Demək, Qazaxıstana qayıtmağın əleyhinə deyilsən...
- Bəli. Nə üçün də yox? Ancaq əvvəl görüm, Azərbaycanda işlərim necə gedəcək.

- Orada hansı dildə danışırsan?
- Rus dilini öyrənirəm. İngilis dilini isə bura gəlməzdən əvvəl bilirdim. Ancaq mənim burada ölkəmizdən olan çoxlu dostlarım var.
- Qazaxıstanda az qol vurmağının səbəbi komanda ilə birgə mövsümqabağı hazırlıq keçməməyin idi?
- Məhz belədir.

- Yaxşısı budur, de ki, Azərbaycanda futbol qapıları böyükdür.
- Bəli, ola bilər (gülür).
- Bax, sən Azərbaycan futbolunun sirrini açdın...
-Mən bunu etməli idim. Bu, mənim tərəfimdən düzgündür.

- Azərbaycanda nə bizdən yaxşıdır və ya nə pisdir?
- Yaxşı insanlar var. Şəhər və hava da əladır. Ancaq Bakı çox bahalı şəhərdir...

- Məsələn, çörək və benzinin qiyməti nə qədərdir?
- Benzinin qiyməti Qazaxıstandakı kimidir. 

- Bəs bahalı olan nədir?
- Adi şeylər - qəhvə və geyim.

- Azərbaycan çempionatında sənin statistiki göstəricilərin necədir?
- 11 oyunda 4 qol və 3 qol ötürməsi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.