28 aprel 2014 16:16
Georgi Nikolov: Rəşad Sadıqovun təbrikləri qəbul etməmək, hətta bizi mühakimə etmək haqqı var
“İnter”in prezidenti Georgi Nikolov “Qarabağ”ın son iki turda xallar itirməsindən sonra, TPL-də çempionluq mübarizəsinin yenidən qızışması haqda fikirlərini azerisport.az saytı ilə bölüşüb:
“Belə deyək, bu, psixoloji təsir məqamı idi. Əgər biz idman nəticələrimizlə öz məqsədlərimizə nail olmasaq, onda psixologiya üzrə hərəkət etməliyik. Bu, köhnə üsuldur (gülümsəyir). Əlbəttə, bütün bunlar zarafatdır, ancaq biz onların çempionluğu qazandığını hesab ediriksə, nə üçün təbrik etməyək? “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun təbrikləri qəbul etməmək, hətta bizi mühakimə etməyə də haqqı var.
“İnter”in nəticələrinə gəlincə, biz özümüzə gəlmişik və mövsümün daha yaxşı yekununa iddia edə bilərik. Ancaq buna rəğmən, əvvəlki kimi, hesab edirəm ki, səkkiz xal fərqi çox böyük fərqdir. Bundan sonra çempionluğu qazanmaq, böyük gözlənilməzlik ola bilər. Bu mənə az inandırıcı gəlir. Ancaq biz hələ mübarizə aparacağıq. Ən azı, Premyer Liqaya marağı qaytaracağıq”.
