28 aprel 2014 14:55
Budak oynadı, sarı vərəqə aldı, komandası qələbə qazandı
Türkiyə Birinci Divizionunda 36-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budağın komandası “Qaziantep BB” səfərdə “Tavşanlı Linyitspor”la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
Budak meydanda 90 dəqiqə mübarizə aparıb və 8-ci dəqiqədə sarı vərəqə alıb.
Hazırda “Qaziantep BB” 41 xalla yarış cədvəlinin 13-cü sırasında qərarlaşıb.
