28 aprel 2014 14:33
Saşa Yunisoğlu: Klubumu məhkəməyə vermişəm, ancaq haqqımı alacağım məlum deyil
Millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu komandası, Türkiyə Birinci divizionunda çıxış edən “Tekden Dənizlispor”dan gedişi və gələcək planları haqda fikirlərini azerisport.az saytına bildirib:
“Vətənə dünən qayıtmışam. Mövsümün sonunu gözləmədən klubumla birdəfəlik ayrıldım. Yeddi aylıq əməkhaqqımı gecikdirdiyi üçün, klubumu məhkəməyə vermişəm. Ancaq bu üsulla haqqımı alacağımın mümkünlüyü məlum deyil. Ancaq başqa çıxış yolum yox idi”, deyə Yunisoğlu sözə başlayıb.
“Klubla müqaviləm iki ilə nəzərdə tutulmuşdu. Ancaq Türkiyə futbol federasiyasının (TFF) vasitəsilə növbəti mövsümə müqaviləyə xitam verdim. Çünki belə maliyyə imkanları şəraitində klubda qalmaq intihara bərabər idi”, deyə futbolçumuz vurğulayıb.
“Futbolçular mövsüm boyu ancaq kiçik mükafatlar hesabına qazanc əldə ediblər. Ancaq komanda liqada özünə yer təmin etdikdən sonra, klub hətta mükafatları da dayandırdı və artıq üç oyundur ki, belə davam edir. Oyunçular yenə də etiraz etmək və məşqlərə çıxmamaq qərarına gəldilər. Bu, səbir kasamı daşdırdı və mən mövsümün sonun gözləmədən, Bakıya döndüm”, deyə Yunisoğlu açıqlayıb.
Yunisoğlu bildirib ki, maliyyə problemlərinin olmamasa idi, klubda qala bilərdi: “Maliyyə problemləri olmasaydı, məmnuniyyətlə Dənizlidə bir il də qalardım. Bəlkə də daha uzun müddətə. Çünki, “Dənizlispor” Türkiyənin ən qədim klublarından biridir. Birinci liqada bu klub ən əfsanəvi klubdur və Dənizlidə futbolla hər şey qaydasındadır. Bu şəhərin insanları klubun xəstəsidirlər. Ancaq maliyyə problemləri son illər komandanın nəticələrinə təsir edir”.
Yunisoğlu özünün komandadakı çıxışına da toxunub: “Mən bu mövsüm “Dənizlispor”da öz çıxışımdan 70% razıyam və çempionatın bütün oyunlarında iştirak etmişəm. Əgər ağır bərpa kursu ilə müşayiət olunmuş zədəm nəticəsində buraxdığım iki ay yarım müddət və klubda pullarla bağlı problemlər olmasaydı, əminəm ki, bütün mövsümü sona qədər oynayardım. Ancaq futbol zədələrsiz də sadəcə, təsəvvürə sığmır”.
Futbolçu gələcək planları haqda da söz açıb: “Karyeramı harada davam etdirəcəyim haqda xüsusi olaraq, hələ heç nə demək istəmirəm. Mənim Türkiyədə olduğu kimi, vətənimdə də bir neçə variantım var. Əgər yenidən qonşu ölkəyə yollanmağı qərara alsam, yaxşıca fikirləşməliyəm. Necə deyərlər, ikinci dəfə də eyni dırmığı tapdamaq istəmirəm. İndi isə ağır mövsümdən sonra həm fiziki, həm də mənəvi cəhətdən istirahət etmək istəyirəm”.
