28 aprel 2014 13:13
Azərbaycan Kuboku finalının nominal ev sahibi müəyyənləşib
22 may 2014-cü il tarixdə keçiriləcək Azərbaycan Kubokunun final oyununda nominal ev sahibi olacaq komanda müəyyənləşib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasında “Neftçi” və “Qəbələ” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən, “Qəbələ” klubu Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq.
Azərbaycan Kubokunun final oyunu
22 may 2014-cü il (cümə axşamı)
Qəbələ - Neftçi
Tofiq Bəhramov adına Respublika stadionu
(PFL)
