İntriqa geri dönür
Topaz Premyer Liqasında daha bir turu arxada qoyduq. Azerisport.az xəbər verir ki, son turlarda olduğu kimi, bu dəfə də bütün qarşılaşmalar eyni gündə baş tutdu.
Tura paytaxtdan kənarda keçirilən qarşılaşmalarla start verildi. Sumqayıtdakı oyunda eyniadlı yerli komanda "Bakı"nı qəbul etdi. Son turda "Neftçi" üzərində qazanılan qələbədən sonra Aqil Məmmədovun yetirmələri sonuncu pillədən xilas olmuşdu. Təkrəqəmli pillədə qərarlaşan "Sumqayıt" ötən dövrədə də Milinko Pantiçin komandasından səfərdə xal almağı bacarmışdı. "Ağ-göylər" isə ötən turda biabırçı məğlubiyyətlə üzləşmişdi. "İnter"ə böyük hesabla məğlub olan paytaxt klubu Avroliqa iddiasını davam etdirmək üçün səfər görüşündən mütləq qələbə ilə dönməliydi. Amma "Sumqayıt" bu oyunda da öz istəyinə çatdı. Baxmayaraq ki, meydan sahibləri hesabı açdıqları görüşdə sonradan üstünlüyü əldən verdilər. Ancaq bu, 90 dəqiqənin tamamında Məmmədovun yetirmələrinin 1 xal qazanmasına mane olmadı. "Bakı" isə növbəti xal itkisi nəticəsində 4-cü pillədəki mövqeyini əldən verdi.
Bu görüşlə eyni saatda "Qəbələ" - "Simurq" matçına da start verildi. Artıq çempionatda demək olar ki, iddiası olmayan Zaqatala təmsilçisi bu görüşə sadəcə, xal hesabını artırmaq üçün çıxmışdı. "Qırmızı-qaralar" isə iddiasını davam etdirir. Həm çempionatda, həm də kubokda iddiasını ortaya qoyan əyalət təmsilçisi öz meydanında məğlub olmaq fikrində deyildi. Əks təqdirdə turnir cədvəlində "Qəbələ" ən yaxın qonşusu "Bakı"dan daha bir neçə pillə geri düşə bilərdi. Amma meydan sahibləri bu görüşdən minimal hesablı qələbəylə ayrılmağı bacardılar. Nəticədə, "Bakı"nın xal itkisindən maksimum yararlanan Yuri Syominin komandası 4-cü pilləyə yüksəldi.
Növbəti görüşdə AZAL və "Rəvan" komandaları üz-üzə gəldi. Bu cütlüyün cari mövsümdə heç bir iddiası qalmayıb. "Təyyarəçilər" Tərlan Əhmədovla qalan turlarda bacardığı qədər xal toplamağa çalışırsa, Bayıl təmsilçisi sonuncu pillədən xilas olmaq xəyalıyla yaşayır. Əsas gücünü kuboka yönəldən, lakin mübarizədən kənarlaşdırılan Güvənç Kurtarın yetirmələri indi də sonuncu pillədən qurtulmağa can atır. Əks təqdirdə komanda mövsümün sonunda elitanı tərk etmək təhlükəsi ilə üzləşə bilər. Elə bu üzdən komanda səfər oyununda xal və ya xallar qazanmaq üçün çox çalışdı. Amma hesab açılmayınca, tərəflərə hərəyə 1 xalla kifayətlənməli oldular.
Son turların ən uğurlu komandası "İnter" bu dəfə doğma meydanda "Xəzər Lənkəran"ı sınağa çəkdi. 10 illiyində heç bir uğur qazana bilməyəcən cənubluların çempionatda iddiası qalmayıb. Ümidi yalnız kubok olan Mustafa Dənizli "Qəbələ"dən ağır zərbə aldıqdan sonra həqiqətlə barışmalı oldu. "İnter" isə hələ də yoluna davam edir. Bu gedişlə avrokuboklara yollanacaq "bankirlər" turnir cədvəlinin 2-ci pilləsindəki mövqeyini möhkəmləndirmək üçün qələbə qazanmağa borclu idi. Gözlənildiyi kimi, əvvəlki turda "Bakı"nı darmadağın edən "bankirlər" bu dəfə də "Xəzər Lənkəran"ı böyük hesabla məğlub etdilər.
Günün və turun son oyunu mərkəzi arenada baş tutdu. "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirdi. Ötən turda "Simurq"a məğlub olan Ağdam klubu çempionluğunu rəsmiləşdirmək üçün "İnter"in məğlub olmasını arzulamaqla yanaşı, qələbə qazanmaq istəyində idi. Amma həm "bankirlər"in turu qələbə ilə başa vurması, həm də ağdamlıların "Neftçi"yə qalib gələ bilməməsi çempionluğun növbəti turlara təxirə salınmasını şərtləndirdi.
Topaz Premyer Liqası
32-ci tur
QƏBƏLƏ - SİMURQ - 1:0
Qol: Dodo, 57.
Sarı vərəqələr: Dodo, 62 (qeyri-idman hərəkəti); Daniel Subotiç, 90+4 (oyunun bərpasını gecikdirdiyi üçün) - İlkin Qırtımov, 58 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
12 aprel 2014. Saat 16:00. Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.
Qəbələ: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov, 9. Viktor Mendi (46. Davronjon Erqaşev, 80), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 22. Lourival Assis (31. Daniel Subotiç, 66), 34. Ürfan Abbasov, 44. Rafael Santos, 88. Müşfiq Teymurov (8. Nizami Hacıyev, 56).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 16. Ruslan Tağızadə, 19. Abdulvahid Afolabi, 42. Leonardo da Silva.
Baş məşqçi: Yuri Syomin.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k) (21. Murad Səttarlı, 77), 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 59), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 26. Benjamin Lambot, 30. Raul Kostin (8. Patrik Osiako, 61).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Usim Nduka, 20. İdan Vaytsman, 22. Salif Ballo.
Baş məşqçi: Georgi Çixradze.
SUMQAYIT - BAKI - 1:1
Qollar: Pərdis Fərcad-Azad, 47 - Risto Ristoviç, 69.
Sarı vərəqələr: Samir Abasov, 40 (qeyri-idman hərəkəti) - Deyvidas Çesnauski, 43 (qeyri-idman hərəkəti); Yure Travner, 64 (qeyri-idman hərəkəti); Lukas Mario Horvat, 73 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
12 aprel 2014. Saat 16:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1500 tamaşaçı.
Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 9. Tərzin Cahangirov (17. Adil İbrahimov, 90+2), 14. Məhəmməd Qurbanov (8. Aqşin Muxtaroğlu, 65), 15. Nodar Məmmədov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev (2. Şəhriyar Xəlilov, 89).
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Kamil Hüseynov, 20. Elşad Manafov, 77. Ramil Mansurov.
Baş məşqçi: Aqil Məmmədov.
Bakı: 1. Aqil Məmmədov (k), 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 4. Mario Alvares, 7. Əfran İsmayılov (20. Tural Qürbətov, 87), 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 75), 19. Marius Pena (16. Xavyer Junior, 83), 21. Elvin Məmmədov, 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 6. Vadim Abdullayev, 27. Elton Hüseynov, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
AZAL - RƏVAN - 0:0
Sarı vərəqələr: Aleksandr Şemonayev, 77 (kobud oyun); Şəhriyar Rəhimov, 82 (rəqibi tutduğuna görə) - Novruz Məmmədov, 29 (kobud oyun); Hüseyn Axundov, 75 (rəqibə badalaq vurduğuna görə).
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
12 aprel 2014. Saat 17:00. AZAL Arena stadionu. 200 tamaşaçı.
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 10. Con Oluremi, 17. Cavid Tağıyev, 23. Tural Nərimanov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev (k), 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze, 89. Nedo Turkoviç (18. Samuel Barlay, 81).
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 6. Aydın Qasımov, 8. Qərib İbrahimov, 19. Orxan Səfiyaroğlu, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 8. Julio Sezar (7. Elvin Həsənəliyev, 46), 10. Tyaqo de Souza (19. Hüseyn Axundov, 63), 14. Xuan Manuel Varea (18. Oke Akpoveta, 55), 16. Orxan Lalayev, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek.
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 6. Ceyhun Cavadov, 17. Ramazan Abbasov, 28. Boyan Markoviç.
Baş məşqçi: Güvenc Kurtar.
İNTER - XƏZƏR LƏNKƏRAN - 3:0
Qollar: Arif Daşdəmirov, 5, Abdulla Abatsiyev, 75, Derlis Meza Kolli, 84.
Sarı vərəqələr: Mikel Alvaro, 15 (qeyri-idman hərəkəti) - Manuel Skarlatake, 52 (qeyri-idman hərəkəti); Junior Nildo, 74 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 1 dəq.
12 aprel 2014. Saat 18:00. “Şəfa” stadionu. 2200 tamaşaçı.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze (5. Slavço Georgiyevski, 61), 4. İvan Benites, 8. Mikel Alvaro, 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (9. Aleksandr İaşvili, 77), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (11. Asif Məmmədov, 73), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 24. Fuad Bayramov, 27. Dieqo Madriqal.
Baş məşqçi: Kaxaber Sxadadze.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo de Xesus, 8. Deyan Blajevski (12. Junior Nildo, 35), 10. Elnur Abdullayev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 23. Nikola Qliqorov (22. Deyvid Sakkoni, 82), 27. Adrian Skarlatake (7. Sadio Tounkara, 65).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 6. Rasim Ramaldanov, 30. Elias Ribeyro, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Dənizli.
QARABAĞ - NEFTÇİ - 1:1
Qollar: Muarem Muarem, 51 - Flavinyo, 40.
Sarı vərəqələr: Reynaldo Silva, 2 (qeyri-idman hərəkəti); Muarem Muarem, 5 (qeyri-idman hərəkəti); Rəşad Sadıqov, 64 (qeyri-idman hərəkəti) - Ruslan Qurbanov, 20 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Erik Ramos, 61 (simulyasiya); Denis Silva, 80 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Alik Yunusov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
12 aprel 2014. Saat 20:00. Tofiq Bəhramov adına Respublika stadionu. 3000 tamaşaçı.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (99. Nikolas Gelaşvili, 75), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 66), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (27. Məqsəd İsayev, 90+1), 9. Flavinyo, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 21. Samir Məsimov (10. Cavid İmamverdiyev, 86), 22. Mahir Şükürov (k), 23. Ruslan Qurbanov (8. Elşən Abdullayev, 71), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
| 1 | Qarabağ | 32 | 20 | 8 | 4 | 61 | 17 | +44 | 68 |
| 2 | İnter | 32 | 18 | 6 | 8 | 54 | 32 | +22 | 60 |
| 3 | Neftçi | 32 | 16 | 7 | 9 | 45 | 39 | +6 | 55 |
| 4 | Qəbələ | 32 | 15 | 6 | 11 | 40 | 33 | +7 | 51 |
| 5 | Bakı | 32 | 14 | 8 | 10 | 48 | 38 | +10 | 50 |
| 6 | Simurq | 32 | 11 | 10 | 11 | 33 | 25 | +8 | 43 |
| 7 | XL | 32 | 9 | 12 | 11 | 32 | 45 | –13 | 39 |
| 8 | AZAL | 32 | 6 | 11 | 15 | 28 | 45 | –17 | 29 |
| 9 | Sumqayıt | 32 | 4 | 10 | 18 | 24 | 52 | –28 | 22 |
| 10 | Rəvan | 32 | 3 | 10 | 19 | 18 | 57 | –39 | 19 |
Bombardirlər:
19 - Reynaldo (Qarabağ)
13 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
10 - Draqan Çeran (Simurq)
9 - Baçana Sxadadze (İnter), Etame Mbilla (Xəzər Lənkəran), Leroy Corc (Qarabağ)
8 - Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL).
