27 aprel 2014 00:40
Rafael: Azarkeşlərə təşəkkür edirəm
Futzal üzrə UEFA kubokunda III yer uğrunda keçirilmiş “Kayrat” - “Araz” oyunundan (4:6) sonra komandamızın oyunçusu Rafael oyun haqda fikirlərini azerisport.az saytına bildirib:
“Azarkeşlərə təşəkkür edirəm. Oyunqabağı bizə psixoloji cəhətdən bərpa olmaq lazım idi. Biz oyuna köklənə bildik və qələbə azandıq. Bu gün çoxlu vəziyyətlər yaratdıq. Təəssüf ki, finala çıxa bilmədik, ancaq üçüncü yer, heç də pis deyil”.
