27 aprel 2014 00:28
Karyerasını bitirmiş futzalçılara xatirə hədiyyəsi verilib
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş futzal üzrə UEFA kubokunun üçüncü yer uğrunda “Kayrat” - “Araz” oyununun fasiləsində təltifetmə mərasimi olub. Azerisport.az xəbər verir ki, uzun müddət futzal üzrə Azərbaycan milli komandasının heyətində çıxış etmiş qapıçılar - Marat Salyanski və Andrey Tveryankinə futzalçı karyeralarını bitirmələri münasibətilə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
(AFFA)
