27 aprel 2014 00:13
Kakau: Hakimlər əməyimizi yerə vurdular
Futzal üzrə UEFA kubokunda III yer uğrunda keçirilmiş “Kayrat” - “Araz” oyunundan (4:6) sonra “Kayrat”ın baş məşqçisi Kakau oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Kakau bunları söyləyib:
“Komandama təşəkkür edirəm. Hakimlikdən narazı qaldım. Hakimlik barədə çox danışmağı sevmirəm, amma demək olar ki, bütün əməyimizi yerə vurdular. İki fərqli hissə izlədik. Ehtiyat qapıçımız buraxılmış qollarda günahkar deyil. Qırmızı vərəqədən sonra komandam özünü itirdi”.
(AFFA)
