27 aprel 2014 00:05
Joze Alesio: Kayrat kimi komandanı məğlub etdiyimiz üçün çox şadam
Futzal üzrə UEFA kubokunda III yer uğrunda keçirilmiş “Kayrat” - “Araz” oyunundan (4:6) sonra komandamızın baş məşqçisi Joze Alesio oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Alesio bunları söyləyib:
“Rəqibimiz güclü - ötən il UEFA kubokunun qalibi olmuş komanda idi. Maraqlı oyun alındı. “Kayrat” hər zaman güclü olub və belə bir komandanı məğlub etdiyimiz üçün çox şadam. Rəqibin qapıçısının meydandan çıxarılması işimizə yaradı. O, tez-tez hücumlara qoşulmaqla bizə çətinlik yaradırdı”.
(AFFA)
