27 aprel 2014 11:33
Peres təəssüfləndi, Karmona sevincini bildirdi
Futzal üzrə UEFA kubokunun “Dinamo” və “Barselona” komandaları arasında keçirilmiş final oyunundan sonra hər iki komandanın baş məşqçisi oyun haqda fikirlərini səsləndirib. Azerisport.az baş məşqçilərin fikirlərini diqqətinizə çatdırır:
Faustino Peres (“Dinamo”nun baş məşqçisi): "İlk növbədə, bizi hər iki oyunda sona qədər dəstəkləmiş azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Oyuna gəlincə, komandamdan heç bir narazılığım yoxdur. Yaxşı mübarizə apardıq. Təəssüf ki, çəkdiyimiz əziyyət istədiyimiz sayda qol vurmağımıza kifayət etmədi".
Mark Karmona ("Barselona"nın baş məşqçisi): "Çox gözəl, maraqlı, finala layiq oyun oldu. Qələbəni "Barselona" ailəsinin vaxtsız vəfat etmiş üzvü Tito Vilanovaya və azarkeşlərimizə həsr edirik. Oyun bərabər səviyyədə keçdi. Qarşılaşmanın taleyini kiçik detallar həll etdi. Sevinirəm ki, qalib gələn tərəf biz olduq".
(AFFA)
