27 aprel 2014 11:11
Zaur Axundov: Baş məşqçi məsələsinə mən tək qərar verə bilmərəm
Azərbaycan futzal federasiyasının prezidenti Zaur Axundov azerisport.az saytına müsahibəsində “Araz”ın UEFA Kubokunun Dördlər finalında çıxışı və qazanılmış “bürünc” haqda fikirlərini bildirib:
- Üçüncü yer uğrunda oyun haqda nə deyə bilərsiniz?
- “Barselona”ya penaltilər seriyasında məğlubiyyətdən sonra komanda psixoloji baxımdan əzilmişdi. Oyunçuların özünə gəlməsi üçün bütün bu vaxtı onlarla keçirməli oldum. Komanda bu işin öhdəsindən gəldi və gördüyünüz kimi, vacib qələbə qazandıq.

- Bu görüşdə kifayət qədər əsəb vardı…
- İlk hissədən sonra 0:2 hesabı ilə geridə olduğumuzu nəzərə alsaq, komanda əsəblərinin öhdəsindən gəldi. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm.

- Sizi üçüncü yer qane edir?
- Bəli. Ancaq biz finalda oynamağa layiq idik.

- Azərbaycan UEFA Kubokunun həlledici mərhələsini uğurla keçirə bildi?
- Bəli və bu haqda oyunlara gəlmiş çoxsaylı azarkeş kütləsi sözünü deyir. Gördüyünüz kimi, futzal ölkəmizdə məşhurdur. Ümid edirəm ki. Bu yarış gənclərin bu idman növünə gəlməsinə təkan verəcək.

- Ölkə çempionu və klubun baş məşqçisi Joze Alesionun aqibəti necə olacaq?
- Milli çempionatın sonuna qədər gözləyək. Ancaq indidən deyə bilərəm ki, nəticəyə rəğmən, böyük dəyişiklər olacaq. Biz AFFA rəhbərliyi ilə məsləhət edəcəyik. Axı o, həm də Azərbaycan yığmasının baş məşqçisidir. Baş məşqçi məsələsinə mən tək qərar verə bilmərəm.

- “Araz”ın heyətində iki yerli futzalçı vardı. Onlar Dördlər finalında demək olar ki, iştirak etmədilər...
- Bu ildən başlayaraq, yığmada və yığmanın baza klubunda Nəsil dəyişikliyi baş verəcək ki, bundan sonra da biz yerli futbolçulara üstünlük verəcəyik. Ancaq bununla belə, legionerlərdən tamamilə imtina etməyəcəyik. Bu, dünya miqyasında geniş tətbiq olunan təcrübədir.