27 aprel 2014 22:28
Qurban Qurbanov: Bugünkü oyun bizim üçün bir siqnal oldu, tələsmək lazım deyil
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində komandasının “Neftçi”yə qarşı keçirdiyi oyunu (1:1) şərh edib. Azerisport.az xəbər verir ki, Qurbanov bunları söyləyib:
“Daha çox qayda pozuntuları və mübarizə ilə yadda qalan maraqlı oyun oldu. Futbolçular bir-birinə qarşı sərt idi, oyunun sonlarına yaxın bir az sakitləşdilər. Mövsümün sonudur, futbolçularda gərginlik var. Nəticəni normal sayıram. Bizi vaxtından əvvəl çempionluqla təbrik edirdilər. Bugünkü oyun bizim üçün bir siqnal oldu, tələsmək lazım deyil. Qarşıda 4 oyunumuz var, hər bir rəqib bizim üçün çətindir. Çempionatda sizi daha maraqlı oyunlar gözləyir. Futbolçulara demişdim ki, soyuqqanlı olmalıyıq. Oyunumuzdan tam razı qalmadım, rəqibin pressinq tətbiq edəcəyini bilirdim”.
(PFL)
