27 aprel 2014 21:21
Subaşiç qol vurdu, komandası qazandı
Bu gün Türkiyə Birinci Divizionunda 36-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq hücumçusu Branimir Subaşiçin komandası “Orduspor” öz meydanında “Ankaraspor”la qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb.
Subaşiç komandasının ikinci qolunu vurub və 90-cı dəqiqədə əvəzlənib.
Hazırda “Orduspor” 68 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb və ikinci pillədə mövqe tutmuş “Balıkesirspor”dan iki xal geri qalır.
