27 aprel 2014 20:28
Aqil Məmmədov: Nəticədən və oyundan razıyam
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu (1:1) şərh edib. Azerisport.az xəbər verir ki, Məmmədov qarşılaşmadan sonra bunları söyləyib:
“Nəticədən və oyundan razıyam. Bu gün ilk qolu vursaq da, sonradan rəqib hesabı bərabərləşdirdi. İtkilərimiz var idi. Aleksandr Çertaqanov və Uğur Pamukun olmamağı öz sözünü dedi. Sonda azarkeşlərə minnətdaram ki, bizi sona qədər dəstəklədilər”.
(PFL)
