27 aprel 2014 20:20
Milinko Pantiç: Məndən komanda yaratmaq istənilib
“Bakı”nın baş məşqçisi Milinko Pantiç TPL-in 32-ci turu çərçivəsində keçirilmiş oyunda komandasının səfərdə “Sumqayıt”la 1:1 hesablı heç-heçəsini şərh edib. Azerispoirt.az xəbər verir ki, Pantiç bunları söyləyib:
“Bu gün yaxşı oynadıq. Amma il boyu özünü büruzə verən çatışmazlıqlarımız var. Futbolda möcüzələr olmur. Yaxud bir dəfə olur. Yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Elvin Məmmədovun oyununu xüsusilə qeyd etmək istəyirəm. Futbolda çox qol vuran yekunda qalib olur. Fikrimcə, bu gün iki xal itirdik. Növbəti mövsümdə bu çatışmazlıqların olmayacağına inanıram. Qarşıma Avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulmayıb, bunu hamı bilir. Məndən komanda yaratmaq istənilib. Mənə hələ üç il də dözməli olacaqsınız”.
(PFL)
