27 aprel 2014 20:00
Tərlan Əhmədov: Oyunumuz bizi düşündürür
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində komandasının evdə "Rəvan"a qarşı keçirdiyi oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Əhmədov 0:0 hesabı ilə bitmiş qarşılaşmadan sonra bunları söyləyib:
“Hər iki komanda qalib gəlməyə çalışırdı. Son iki dövrədə komanda qələbə qazana bilməyib. Yalnız iki səfər oyununda heç-heçə etmişik. Bugünkü oyunda 3 xalı qazanmaq istəyirdik. İlk hissədə futbolçularda həyəcan hiss olunurdu. İkinci hissədə isə komanda istədiyimiz kimi oynadı. Hər iki komandanın qol imkanları oldu. Lakin təcrübəsizlikdən, və ya çox istəkli olmaqdan qol vura bilmədik. Qarşıda “Simurq”la oyunumuz var. Zədəli və cəzalı futbolçular qarşıdakı oyuna kimi sıraya dönəcəklər. Laşa Kasradze bir hissəni zədəli şəkildə oynadı. Komanda əlindən gələni etdi. Oyunumuz bizi bir az düşündürür”.
(PFL)
