27 aprel 2014 18:44
Giorgi Çixradze: Qəbələ əlinə düşən imkandan yararlandı
TPL-in “Qəbələ” və “Simurq” arasında keçirilmiş 32-ci tur oyunundan (1:0) sonra “Simurq”un baş məşqçisi Giorgi Çixradze oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Çixradze bunları söyləyib:
“Sürətli oyun oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyun qarşılıqlı hücumlarla keçdi, qol imkanları yaratdıq. “Qəbələ” əlinə düşən imkandan yararlana bildi, bizdə isə alınmadı”.
(PFL)
