27 aprel 2014 17:55
Abışov yenə oynamadı, Rubin məğlub oldu
Futbol üzrə Rusiya Premyer Liqasında 27-ci turun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun komandası "Rubin" səfərdə "CSKA" ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Abışov oyunun iştirak ərizəsinə salınmayıb.
Hazırda "Rubin" 27 turdan sonra 31 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
