27 aprel 2014 15:15
Rüfət Dadaşov yenə qol vurdu
Almaniyada Cənub regional liqasının 30-ci turu çərçivəsində növbəti turun bəzi oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun klubu “Kayzerslautern”in ikinci komandası öz meydanında “Zonnenhof Qrossaşpax” komandasını qəbul edib və 5:1 hesabı ilə qalib gəlib
Dadaşov ötən oyunda olduğu kimi, sonradan, 79-cu dəqiqədə meydana çıxaraq, 83-cü dəqiqədə qol vurub və görüşdə yekun nəticəni müəyyən edib.
