27 aprel 2014 14:33
Elxan Abdullayev: Qarabağ Neftçi ilə heç-heçə edəcək, Sumqayıt Bakıya qalib gələcək
Futbol mütəxəssisi Elxan Abdullayev TPL-in 32-ci turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını azerisport.az saytı ilə bölüşüb:
Qəbələ - Simurq
Düşünürəm ki, “radarlar” nəyin bahasına olursa, olsun, qələbə qazanmalı, bununla da, ən azı dördüncü yeri tutaraq, özlərini Kubokun finalında mümkün məğlubiyyətdən sığortalamalıdırlar. Deməzdim ki, “Simurq” köklənməyib. Bu komanda həm səfərdə, həm də evdə yaxşı oynaya bilən komandadır. Ancaq buna rəğmən, mən “Qəbələ”nin qələbəsinə qoyuluş edirəm.

Sumqayıt - Bakı
“Sumqayıt” “Neftçi”nin nümunəsində çempionatda məğlubedilməzin olmadığını bir daha göstərdi. Ötən dəfə onlar “Bakı”dan xal qoparıblar. Düşünürəm ki, qarşıdakı oyunda “Sumqayıt” qalib gələcək.

AZAL - Rəvan
“Rəvan” ölkə Kubokunun finalına çıxmamaqla, AZAL-ın bu mövsümdə heç bir iddiası qalmayıb. Eyni ilə “Rəvan” kimi. Ancaq “Rəvan”ın sonuncu pillədə qərarlaşdığını nəzərə alsaq, xallar onlara daha vacibdir. Təxmin edirəm ki, heç-heçə olacaq.

İnter - Xəzər Lənkəran
Düşünürəm ki, “bankirlər” cənubluları asanlıqla məğlub edəcəklər. “Xəzər Lənkəran”ı basıb keçəcəklər. “Gəmiqayıranlar”ın nə oyandığı indi məlum deyil. “İnter” isə əksinə, intizamlı oyun göstərir və çətin ki, ikinci pilləni əldən versin. Beləliklə, “İnter” üç xalı qazanacaq.

Qarabağ - Neftçi
Çətin oyun olacaq. Ağdamlıların xal itirməsinin mümkünlüyünü heç də istisna etmirəm. “Qarabağ”ın əlbəttə, xal toplamaq təşəbbüsü var. Ancaq bu vəziyyətdə “Neftçi”nin qalib gəlmək arzusu daha böyükdür. Düşünürəm ki, biz heç-heçə görəcəyik.