27 aprel 2014 13:33
Eratsız Fortuna darmadağına sevindi
Almaniya İkinci Bundesliqasında 32-ci turun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sı öz meydanında “Ertsgebirge Aue”ni qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.
Erat aldığı zədədən yenicə müalicə olunduğu üçün oyunu buraxmalı olub.
Hazırda “Fortuna” 46 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
