27 aprel 2014 01:22
U-17 millimiz növbəti dəfə heç-heçə edib
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup mərhələsi Avstriyada təşkil olunmuş 11-ci beynəlxalq "Delle Nazioni" turnirində ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız Xorvatiya yığması ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Qara Qarayev fərqlənib.
(AFFA)
