27 aprel 2014 12:33
Xəzər Lənkəranın meneceri seminarda iştirak edib
Aprelin 25-də Moskvada peşəkar hüquqşünaslar üçün Legal Sport hüquq şirkəti tərəfindən seminar təşkil edilib. Azerisport.az xəbər verir ki, seminar dünya futbolunda iki əsas problem - intizam pozuntusu və hüquq bərabərliyinin pozulması mövzularını əhatə edib.
Seminarda altı ölkədən əllidən çox hüquqşünas, həmçinin, “Xəzər Lənkəran” klubunun beynəlxalq əlaqələr üzrə meneceri Ramil Cahangirov da seminarda iştirak edib.
Seminarda “Şaxtyor” (Ukrayna), “Zenit”, “Spartak”, CSKA, “Rubin” (Rusiya), BATE (Belarus) və “Şerif” (Moldova) klublarının təmsilçiləri də iştirak ediblər.
