26 aprel 2014 12:22
Özkara Subaşiçin yeni baş məşqçisi oldu
Millimizin hücumçusu Branimir Subaşiçin komandası “Orduspor”a yeni baş məşqçi təyin edilib. Azerisport.az xəbər verir ki, Hüsnü Özkara komandanın sükanı arxasına keçib.
Qeyd edək ki, Özkara karyerası ərzində “Boluspor”, “Adanaspor”, Konyaspor” və digər komandaları çalışdırıb.
