26 aprel 2014 12:00
Borisov və Edu Araza kömək edə biləcəklər
“Araz”ın iki futbolçusu - Vitali Borisov və Edu futzal üzrə UEFA Kubokunun Dördlər finalının üçüncü yer uğrunda görüşündə Qazaxıstanın “Kayrat” komandası ilə oyunda meydana çıxa biləcəklər. Azerisport.az xəbər verir ki, Borisov yarımfinalda “Barselona”ya qarşı oyunda zədə səbəbi ilə meydana çıxa bilməmiş, Edu isə sarı vərəqələr həddini aşdığından, oyunu kənardan izləməli olmuşdu.
Bu gün hər iki futzalçı komandaya meydanda kömək edə bilər.
