26 aprel 2014 11:33

Joze Alesio: Kayrata qarşı Barselonadan çətin olacaq

“Araz” Bakıda azarkeşlərə final sevinci yaşada bilməsə də, “bürünc” uğrunda mübarizədə bəraət qazanmağa çalışacaq. Azerisport.az xəbər verir ki, futzal üzrə UEFA Kubokunun Dördlər finalının yarımfinal mərhələsində İspaniya nəhəngi “Barselona”ya yalnız penaltilər seriyasında məğlub olmuş komandamız (4:4, pen. 2:4), üçüncü yer uğrunda oyunda Qazaxıstanın “Kayrat” komandası ilə oyunda azarkeşlərimizi parlaq oyunla sevindirməyə çalışacaq.
Bu çətin məqamda milli futzal federasiyasının prezidenti Zaur Axundov komandanın bazasına gələrək, kollektivi dəstəkləyib:
“Yarımfinalı unutmaq və fikirləri “Kayrat”a qarşı oyuna yönəldib bu oyuna köklənmək lazımdır”, deyə Axundov futbolçularla görüşdə qeyd edib.
Komandanın baş məşqçisi Joze Alesio da məhz bununla məşğuldur:
“Kayrat”a qarşı oyun “Barselona”ya qarşı keçirilmiş oyundan daha da çətin olacaq. Axı komanda ötən yarışda UEFA Kubokunu qazanıb. Onlar finala yüksələ bilməyiblər və ən azı yarışı üçüncü pillədə bitirmək istəyində olacaqlar”, deyə Alesio bildirib.
“Kayrat” yarımfinalı elə də güclü keçirmədi. Ancaq bu, o demək deyil ki, Qazaxıstan çempionu zəifdir. Sabah keçiriləcək oyun tam fərqli olacaq. Onların əksər oyunçuları braziliyalılardır. Braziliyalılar isə dünyada ən yaxşı futzalçılardır”, deyə ALesio əlavə edib.
Xatırladaq ki, komandamız 2010-cu ildə nüfuzlu qitə turnirində üçüncü olmağı bacarmışdı.
(UEFA-nın rəsmi saytına istinadən)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.