İnter yeni Azərbaycan çempionudu
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Qeydə alınan nəticələrdən sonra rəqibləri üçün əlçatmaz olan paytaxtın "İnter" klubu son 4 turun nəticələrindən asılı olmayaraq, əvəzedici heyətlərin ölkə birinciliyində çempionluğunu təmin edib.
Əvəzedicilərin çempionatı
32-ci tur
26 aprel
İnter - Xəzər Lənkəran - 2:0
Qollar: Ülvi İbazadə, 38, İlqar Ələkbərov, 52.
Sumqayıt - Bakı - 1:3
Qollar: İsa Zeynallı, 27 - Elmin Əsgərli, 5, Budaq Nəsirov, 46-pen, Valeh Seyidov, 87.
Qarabağ - Neftçi - 3:2
Qollar: Bilal Abbaszadə, 45, Təmkin Xəlilzadə, 87, Elmir Namazov, 89 - Cavid Muxtarzadə, 60, Fəhmin Muradbəyli, 79.
Qəbələ - Simurq - 4:1
Qollar: Elnur Mustafazadə, 36, Nuran Qurbanov, 47; 61; 76 - Asim Babazadə, 86.
AZAL - Rəvan - 2:1
Qollar: Aydın Qasımov, 37, Camal Məmmədov, 90+2-öz qapısına - Kamil Nurəhmədov, 42.
