26 aprel 2014 02:00
Arazın Kayratla oyunu ingilis və sloveniyalı hakimə tapşırıldı
Bu gün Bakıda təşkil olunan futzal üzrə UEFA Kubokunun Dördlər finalına yekun vurulacaq. Azerisport.az xəbər verir ki, son oyun günündə öncə üçüncü yer uğrunda, daha sonra isə final matçı baş tutacaq.
Artıq "Sərhədçi" Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək həlledici görüşləri idarə edəcək hakimlər də bəllidi. Təyinatlarla aşağıda tanış ola bilərsiz:
UEFA Kuboku
Dördlər Finalı
26 aprel
3-cü yer uğrunda oyun
19:00. Araz - Kayrat
Hakimlər: Mark Birkett (İngiltərə), Borut Şiviç (Sloveniya).
Final
21:30. Dinamo - Barselona
Hakimlər: Eduardo Fernandes Koelyo (Portuqaliya), Alessandro Malfer (İtaliya).
