26 aprel 2014 21:42

Barselona çempion, Araz 3-cü oldu

Bu gün Bakıda təşkil olunan futzal üzrə UEFA Kubokunun Dördlər finalına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə öncə üçüncü yer uğrunda, daha sonra isə final matçı baş tutub.

"Sərhədçi" Sərhədçi İdman Olimpiya Mərkəzinin meydanına öncə Azərbaycan çempionu "Araz" və Qazaxıstanın "Kayrat" klubları çıxıb. Yarımfinalda müvafiq olaraq İspaniya "Barselona"sı və Rusiya "Dinamo"suna uduzan bu komandalar UEFA Kubokunun bürünc medalları uğrunda mübarizə aparıblar. Kifayət qədər məhsuldar və gərgin keçən görüşü Azərbaycan təmsilçisi qalib başa vurub.

Final oyununda isə "Araz"ı çətinliklə məğlub edən "Barselona" ilə "Dinamo" üz-üzə gəlib. Bu qarşılaşma da kifayət qədər maraqlı alınıb. Sonda isə qələbə İspaniya təmsilçisinə qismət olub. Nəticədə, "Barselona" UEFA Kubokunun qalibi, "Dinamo" ikinci, "Araz" isə üçüncü olub.

UEFA Kuboku
Dördlər Finalı

26 aprel

3-cü yer uğrunda oyun

ARAZ - KAYRAT - 6:4 (0:2)
Qollar: Baron, 16 (0:1), Fumasa, 18 (0:2), Amadeu, 27 (1:2), Foqlia, 28 (2:2), Kafe, 30 (2:3), Foqlia, 32 (3:3), Fumasa, 34 (3:4), Fabiano, 37 (4:4), Auqusto, 39 (5:4), Eduardo, 39 (6:4).

ARAZ: 12. Popov, 3. Fabiano, 15. Rafael, 18. Auqusto, 10. Foqlia.
Ehtiyat oyunçular: 1. Buranello, 2. Periç, 5. Felipe, 6. Eduardo, 7. Çujeç, 9. Amadeu, 14. Borisov (k), 20. Məmmədkərimov.
KAYRAT: 2. İquita, 6. Joan, 9. Fumasa, 10. Leo, 20. Baron.
Ehtiyat oyunçular: 1. Xalyavin, 8. Suleymenov (k), 14. Euler, 5. Jamankulov, 7. Penqrin, 11. Rubinyo, 15. Kafe, 16. Kayo Junior.

Final

DİNAMO - BARSELONA - 2:5 (1:0)
Qollar: Romulo, 10, Tatu, 33 -  Qabriel, 23, Dyeqo, 30, Fernandao, 41, Lozano, 50, Sedano, 50.

DİNAMO: 12. Qustavo, 3. Romulo, 4. Raximov (k), 11. Çirilo, 18. Fernandinyo.
Ehtiyat oyunçular: 1. Poddubnı, 5. Kobzar, 6. Tatu, 8. Nando, 10. Pula, 15. Paulinyo, 7. Fukin, 14. Suşilin.
BARSELONA: 14. Paço Sedano, 2. Aykardo, 8. Lin, 9. Lozano, 13. Vilde.
Ehtiyat oyunçular: 1. Kristian, 15. Çema, 3. Torras (k), 5. Qabriel, 6. Fernandao, 7. Dyeqo, 10. İqor, 11. Saad, 19. Adrian Orteqo.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.