26 aprel 2014 01:10
Dördlər finalının həlledici oyunları bir dəqiqəlik sükutla başlaya bilər
Bu gün Bakıda təşkil olunan futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, öncə üçüncü yer uğrunda, daha sonra isə final oyunu baş tutacaq.
"Sərhədçi" Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək qarşılaşmalar bir dəqiqəlik sükutla başlaya bilər. Buna səbəb İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçisi Tito Vilanovanın ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişməsidi. Artıq "Barselona"nın futzal klubunun rəhbərliyi bununla əlaqədar UEFA Kubokunun Dördlər finalının təşkilat komitəsinə müraciət ünvanlayıb. İspaniya təmsilçisi 45 yaşında vəfat edən mütəxəssisin ruhunu bir dəqiqəlik sükutla yad edilməsini istəyir.
