26 aprel 2014 00:30

Qəbələ Avroliqaya getmək üçün mütləq kuboku qazanmalıdı

"Qəbələ" və "Neftçi"nin Azərbaycan kubokunun finalına çıxması demək olar ki, yayda ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların kim olacağını müəyyənləşdirdi. Azerisport.az xəbər verir ki, hazırda avrokuboklarda ölkəmizi təmsil edəcəyi dəqiqləşən yeganə komanda "Qarabağ"dı.

Ağdam klubu böyük ehtimalla qarşıdakı turların birində çempionluğunu bayram edəcək və Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.

"Qəbələ" kubokun finalında qələbə qazansa, Avropa Liqasında çıxış etmək şansı qazanacaq. Özü də Yuri Syominin komandası kubokdan vəsiqə qazandığı üçün, Avroliqaya birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq. Belə olsa, Avroliqanın ilk təsnifat mərhələsindən mübarizəyə qoşulacaq təmsilçilərimiz Premyer Liqanı ikinci və üçüncü pillədə başa vuran komandalar olacaq. Hazırda bu yerlərdə müvafiq olaraq "İnter"lə "Neftçi" qərarlaşıb.

Əgər kubokun finalında "Neftçi" qalib gəlsə, o zaman Avroliqanın ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Azərbaycan təmsilçisi məhz bu komanda olacaq. "Neftçi" eyni zamanda çempionatda 2 və ya 3-cü yerlərdən birini tutacağı halda, Avroliqadakı digər təmsilçilərimiz çempionatı 2, 3 və 4-cü pillərdən birini tutan iki komanda olacaq. Hazırda 4-cü pillədə qərarlaşan komanda isə "Bakı"dı.

Kubokun finalçısı heç bir halda avrokuboklarda iştirak hüququ qazanmayacaq. Hətta "Neftçi" möcüzə edib "Qarabağ"ı adlasa, çempion olsa, üstəlik, kuboku qazanıb, "qızıl dubl"a da imza atsa, "Qəbələ"nin Avroliqaya yollanmaq şansı olmayacaq. O zaman Premyer Liqanın ikincisi Avroliqaya ikinci təsnifat mərhələsindən başlamaq hüququ qazanacaq, 3 və 4-cü pillələrin sahibləri isə Avroliqanın ilk təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.