26 aprel 2014 14:40
Marko Periç: Kayrat üzərində qələbə Araz üçün böyük uğur olacaq
“Araz”ın oyunçusu Marko Periç azerisport.az saytına müsahibəsində futzal üzrə UEFA Kubokunun Dördlər finalı çərçivəsində keçirilmiş yarımfinal oyununda “Barselona”ya məğlubiyyətdən (4:4, pen. 2:4) və üçüncü yer uğrunda “Kayrat”a qarşı keçiriləcək görüşdən danışıb:
- “Araz”ı üçüncü yer uğrunda “Kayrat”a qarşı oyun gözləyir. Sizi hansı fikirlər məşğul edir?
- Şübhəsiz, bu görüşü qazanmalıyıq. Dördlər finalında iki məğlubiyyət heç layiq deyilik. “Kayrat” kimi bir komandanı məğlub edə bilsək, bu, bizim üçün böyük uğur olar. Axı onlar hələ ki, UEFA Kubokunun hazırkı sahibidirlər.

- Bakının Dördlər finalında Rusiyanın “Dinamo” və İspaniyanın “Barselona” komandaları qarşılaşacaq. Bu barədə nə düşünürsünüz?
- Şanslar bərabərdir. Açıqca demək olar ki, Avropanın ən yaxşı komandalarıdır. Finalın nəticəsini qabaqcadan təxmin etmək mümkün deyil. Təəssüf ki, biz orada olmayacağıq.

- “Barsa”ya qarşı keçirilmiş oyun haqda nə deyə bilərsiniz?
- Biz finala çıxmağa çox yaxın idik. Təəssüf ki, nəzərdə tutduğumuzu edə bilmədik. Belə azarkeşlər qarşısında məğlub olmaq, xoşagəlməzdir. Meydanda can qoymuş oyunçulara acıyıram, ancaq nəticə qazana bilmədik.

- Yəqin ki, penaltilər seriyasında məğlub olmaq, ikiqat acıdır...
- Komanda yorulmuşdu və burada əsəblər gərilib dözmədi. Axı biz bütün oyun boyu hücum edirdik ki, hesabı bərabərləşdirək. Ancaq əsas vaxtda qələbə qazanmaq lazım idi, axı, bunun üçün kifayət qədər məqamımız vardı.

- Belə çıxır ki, rəqib penaltilər seriyasına hazır idi?
- Deməzdim ki, hər hansı komanda penaltilər seriyasına xüsusilə hazırlaşmışdı. Burada bəxt amili söznü deyir.